Yuxarı

Dünyanın ən böyük kompüter istehsalçıları açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən böyük kompüter istehsalçıları açıqlandı

“IDC” analitik şirkəti fərdi kompüterlər bazarında aparılan tədqiqatın nəticələrini açıqlayıb. Cari ilin birinci rübünün yekunları üzrə lider tədarük həcmi 13,58 milyon qurğu təşkil edən ABŞ-ın “HP Inc.” şirkəti olub. Bu, bazarın ümumi həcminin 23,2 faizinə bərabərdir.

Axar.az xəbər verir ki, ikinci yerdə əvvəlki iki rüb ərzində lider olan “Lenovo” şirkəti qərarlaşıb. 13,427 milyon qurğu tədarük edən Çin istehsalçısı bazarda 23 faiz paya sahib çıxıb. Üçüncü pillədə 10,379 milyon qurğu və 17,7 faiz bazar payı ilə ABŞ-ın “Dell Technologies” şirkəti yer alıb. Dördüncü mövqedə qərarlaşan “Apple” şirkəti isə 4,058 milyon qurğu və 6,9 faiz payla ilk liderlər üçlüyündən xeyli geri qalıb.

Liderlər beşliyini 3,588 milyon qurğu və 6,1 faiz tədarük payı ilə Tayvanın “Acer Group” şirkəti tamamlayıb. İlk beş aparıcı istehsalçının dünya fərdi kompüterlər bazarında ümumi payı isə 75 faiz təşkil edir.

Qeyd olunur ki, 2019-cu ilin birinci rübündə dünyada 58,484 milyon fərdi kompüter istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 3 faiz azdır.

Tarix
2019.04.15 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla