Yuxarı

İrandan Gürcüstana narkotik daşıyanlara hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan Gürcüstana narkotik daşıyanlara hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələri yaymaqda təqsirli bilinən Esmira Qocayeva, Tahir Qocayev və Vaqif Ağayevin məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Esmira Qocayeva 6 il, Tahir Qocayev 10 il, Vaqif Ağayev 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham ediliblər.

Təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.

Müəyyən edilib ki, Esmira Qocayeva İrandan gətirilən narkotik vasitəni Bakı şəhərində saxlayıb və daha sonra Gəncə şəhərinə aparıb. Qadın narkotik vasitəni Gəncədən Gürcüstana göndərmək istəyərkən həbs olunub.

Qeyd edək ki, Esmira Qocayevanın ailə üzvləri də narkotik vasitə alqı-satqısı ilə məşğul olub. Narkotik vasitələrin qanunsuz alqı-satqısına görə onun həyat yoldaşı 12 il, oğlu isə 6 il həbs cəzası alıb.

Tarix
2014.12.04 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla