Yuxarı

Bakıda su tələb edən sakinlər yolu bağladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda su tələb edən sakinlər yolu bağladı - Video

Bakının Suraxanı rayonunda sakinlər yolu bağlayıb.

ONA-nın məlumatına görə, Yeni Suraxanı qəsəbəsinin bir qrup sakini su gəlmədiyi üçün Mərdəkan yolunu bağlayıb. Yolda böyük tıxac yaranıb. Polisin müdaxiləsindən sonra yol açılıb və avtomobillərin hərəkəti bərpa olunub.

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı həmin sakinlərin problemlərindən xəbərdar olduqlarını bildirib:

“Suraxanı rayonu Samir Əliyev küçəsində əvvəllər tamamilə su yox idi. Biz ötən illər həmin küçənin bir hissəsində şəbəkə qurmuşuq, camaata su vermişik, amma bir hissəsində hələ də içməli su, mərkəzləşmiş şəbəkə yoxdur. Həmin ərazidə olan vətəndaşlar şəbəkə qurulmasını, onların da su ilə təmin olunmasını istəyir. Camaatın tələbi odur ki, orda şəbəkə qurulsun, evlərinə su xətti çəkilsin, sayğac quraşdırılsın, evlərində su olsun. Bu bizim planımızda var, onu icra edəcəyik. Bakı şəhəri və onun ətrafı qəsəbələrində bu işlər mərhələli şəkildə həyata keçirilir. Çox kiçik bir hissə qalıb, onu da növbəti mərhələdə həll edəcəyik”.

Tarix
2019.04.18 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xameneinin ilk mesajı: Şəhidlərin qisasını almadan...

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel

Bakıda mühüm forum başladı: Prezident iştirak etdi - Foto

Katolikosun Qarabağ açıqlaması müharibə çağırışıdır

“Kənddən şəhərə” yarmarkasında qiymətlər... - Video

Rus ordusunda döyüşən İbad Hüseynov öldü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla