Yuxarı

DGK videotəsvirlərə münasibət bildirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) aprelin 18-də mətbuatda gömrük işçiləri ilə bağlı yayılan videotəsvirlərə münasibət bildirib.

Axar.az xəbər verir ki, aprelin 18-də bəzi internet resurslarında Cənub Ərazi Baş Gömrük İdarəsinin qarşısında bir qrup şəxsin gömrük orqanlarına qarşı əsassız ittihamlara söykənən etirazlarının əks olunduğu videotəsvirlər yayımlanıb. Həmin görüntülərdəki şəxslər konkret fakt və ya dəlil olmadan gömrük orqanlarını və onun əməkdaşlarını qanunlara əməl etməməkdə günahlandırır.

Dövlət Gömrük Komitəsi bildirir ki, etiraz edən şəxslər mütəşəkkil şəkildə İran İslam Respublikasından müxtəlif adda məhsullar alaraq Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyən edilən məhdudiyyətlərdən yan keçmək məqsədilə qarşı tərəfdə əvvəlcədən razılığa gəldikləri şəxslərə paylayır, ölkənin gömrük sərhədindən keçirdikdən sonra malları həmin şəxslərdən toplayaraq satışını həyata keçirir.

Gömrük orqanlarının apardığı müşahidə və araşdırmalar nəticəsində bu şəbəkələr və İran İslam Respublikasından gətirilən malları müəyyən məbləğdə pul vəsaiti qarşılığında daşıyan və gömrük sərhədindən keçirən şəxslər müəyyənləşdirilib və qanunvericiliyin tələblərinə uyğun şəkildə müvəqqəti saxlanca götürülüb.

Lakin gömrük orqanlarının bu tələbi ilə razılaşmayan şəbəkə üzvləri qanunsuz şəkildə etiraz edərək gömrükçülərin iş rejiminə mane olur, gömrük xidmətinin fəaliyyətinə kölgə salan əsassız iddialar irəli sürürlər.

Dövlət Gömrük Komitəsi bir daha bəyan edir ki, gömrük orqanları ölkənin iqtisadi təhlükəsizliyini təmin edən strateji dövlət qurumlarından biridir və öz işini qanunvericiliyin tələblərinə uyğun, şəffaf şəkildə həyata keçirir. Konkret Cənub Ərazi Baş Gömrük İdarəsinin qarşısında qeydə alınan videotəsvirlərdəki iddialar isə tamamilə əsassızdır.

Tarix
2019.04.18 / 22:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla