Yuxarı

Bakıda “Ərəb” ləqəbli narkotacir saxlanıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail Rayon Polis İdarəsi (RPİ) və 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

DİN-dən Axar.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Bakı şəhər sakini əvvələr dəfələrlə məhkum olunan Telman Mirzəyev polis tərəfindən saxlanılıb.

Onun əlində olan bağlamaya baxış keçirilən zaman narkotik vasitələr olan 1 kiloqram 2 qram heroin, 6 kiloqram 520 qram marixuana və 50,315 qram tiryək aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə əldə edib. T.Mirzəyev ifadəsində narkotik vasitəni əldə etdiyi şəxslə bir neçə il əvvəl cəzaçəkmə müəssisəsində tanış olduğunu bildirib.

Qeyd edək ki, T.Mirzəyev narkotik vasitələri öz adından yox, “Ərəb” ləqəbindən istifadə edərək satırmış.

Faktla bağlı 8-ci Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. T.Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2019.04.19 / 13:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla