Yuxarı

Mahmudovun şok yazışmaları üzə çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun mütəşəkkil dəstə tərkibində külli miqdarda dövlət büdcə vəsaitlərinin mənimsənilməsi, özgənin əmlaklarının hədə-qorxu yolu ilə tələb olunaraq ələ keçirilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması zamanı məsuliyyətdən boyun qaçırmaq üçün rəsmi gəlirə uyğun olmayan daşınmaz əmlak və nəqliyyat vasitələrinin mənbəyi barədə ifadə verib.

Axar.az xəbər verir ki, o, 1.000.000 manata Səbail rayonu, Xəqani küçəsi-2 ünvanında yerləşən daşınmaz əmlakın, 1.200.000 manata Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 213 ünvanında yerləşən daşınmaz əmlakın, 2.500.000 manata Nəsimi rayonu, Bülbül prospekti, 25-də yerləşən daşınmaz əmlakın əldə olunma, icarəyə verilmə halları barədə geniş açıqlama verməyib.

Vüqar Mahmudov sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Kometa-T” firmasının, Kaspian Kristal MMC-nin, Main İnvestment LTD MMC-nin fəaliyyəti, 2011-2015-ci illərdə xarici ölkələrdə yerləşən müxtəlif müəssisələrin bank hesablarına köçürülməsi məqsədilə AGBank ASC-də işəməklə Anar Mahmudovla yaxın münasibətlərdə olan şəxsə çatdırılması üçün Fuad Hacıyevə xüsusilə külli miqdarda pul vəsaitinin göndərməsi barədə də sorğu-sual edilib.

O, Fuad Hacıyevin istifadəsində olan mobil nömrəsinə 2012-2014-cü illər ərzində “223080$”, “Çatdı, hər şey qaydasında, “Vüqar müəllim, gətirdilər, 30800-30723,67=76,33 artıq”, “476120$”, “64316*0,7840” məzmunlu, Vüqar Bağırovun istifadəsində olan mobil nömrəyə isə 2012-2015-ci illər ərzində “Dobrıy veçer. Mişa nujno peredat 17944$ spasibo” (Axşamın xeyr, Mişaya 17944 ABŞ dolları vermək lazımdır, sağ ol), “Dobrıy veçer. Mişe nujno predat 5139$ spasibo” (Axşamın xeyr, Mişaya 5139 ABŞ dolları vermək lazımdır, sağ ol), “Salam, proşu peredat Mişa 50418$” (Salam, xahiş edirəm Mişaya 18440 ABŞ dolları ver), Salam, proşu peredat Mişe 129646$” (Salam, xahiş edirəm Mişaya 18440 ABŞ dolları ver), “Salam, proşu peredat Mişe 20385$” (Salam, xahiş edirəm Mişaya 20385 ABŞ dolları ver), ”Adaş, salam, proşu peredat Mişe 17.718$” (Adaş, salam, xahiş edirəm Mişaya 17.718 ABŞ dolları ver), “Dobrıy veçer, proşu peredat Mişe 50085$” (Axşamın xeyr, xahiş edirəm Mişaya 50085 ABŞ dolları ver) məzmunli mesajar göndərməsi barədə sualları da cavablandırmayıb.

Vüqar Mahmudov bu məzmunlu mesajları yazması ilə bağlı ifadə verməkdən imtina edib.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi baxılması üçün hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.

Tarix
2019.04.19 / 16:43
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla