Yuxarı

Mərakeş qəzeti Azərbaycan əhalisindən yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeşin “Əl-İslah və Ət-Tənmiyə” qəzetində “Azərbaycan 10 milyonuncu vətəndaşının anadan olmasını qeyd edir” sərlövhəli məqalə dərc edilib.

Axar.az Azərtac-a istinadən məlumatına görə, məqalədə qeyd edilir ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Azərbaycanda bu mühüm hadisə atəşfəşanlıq və konsert proqramları ilə təntənəli şəkildə qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 10 milyonuncu vətəndaş Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.

Yazıda bildirilir ki, 1991-ci ildə müstəqilliyini əldə etdikdə Azərbaycanın əhalisi 7,2 milyon nəfər idi. Müstəqilliyin ilk illərində Azərbaycan xalqı ən çətin problemlərlə üzləşdi. Bir tərəfdən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizi işğal edilmiş, etnik təmizləmə siyasəti nəticəsində isə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Digər tərəfdən, SSRİ-nin dağılması səbəbindən iqtisadi və ticarət əlaqələri pozulmuşdu. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə tədricən bu böhrandan çıxmağa başladı. Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar oldu, milli birlik təmin edildi və ölkə həyatının bütün sahələrində yenidənqurma işlərinə başlanıldı.

Məqalədə diqqətə çatdırılır ki, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf və hərtərəfli islahatlar kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daxili inkişafın bir sıra əsas parametrlərini, o cümlədən makroiqtisadi sabitlik, sürətli iqtisadi inkişaf, müsbət demoqrafik vəziyyət və effektiv dövlət idarəçiliyini gücləndirib.

Azərbaycan iqtisadiyyatının dinamik inkişafından bəhs edən yazıda qeyd olunur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ciddi tədbirlər görülüb. 2003-2018-ci illərdə məcburi köçkünlərlə bağlı məsələləri həll etmək üçün genişmiqyaslı tədbirlər görülüb. Ölkədə heç bir çadır düşərgəsi qalmayıb, 265 min nəfər 100-dən çox qəsəbə və şəhərciyə köçürülüb.

On milyonuncu sakinin doğulması Azərbaycan dövlətinin insan kapitalını ölkənin əsas xəzinəsi kimi qiymətləndirməsinin göstəricisidir və ölkənin inkişaf strategiyasının Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyində əksini tapan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində müvəffəqiyyətlərini göstərir.

Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilən yazıda bildirilir ki, əhalinin sayının azalması fonunda özünü təcrid etmiş Ermənistan öz xalqını iqtisadi inkişafdan məhrum edir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi Ermənistanı regionda ticarət imkanlarından məhrum edir, eyni zamanda, bölgənin davamlı inkişafına mənfi təsir göstərir.

Azərbaycan torpaqlarının hərbi işğalı heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.

Tarix
2019.04.19 / 20:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla