Yuxarı

Yol polisindən qaçdı, qəzaya düşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yol polisi ilə sürücü arasında qarşıdurma olub.

Report-un məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

Yol polisi əməkdaşları yol hərəkəti qaydasını pozan "Mercedes" markalı avtomobilin sürücüsünə "Saxla!" əmri verib. Lakin sürücü əmrə tabe olmayıb və aradan çıxmağa çalışıb. Yol polisi əməkdaşları avtomobili məcburi qaydada dayandırmağa çalışıblar. "Mercedes" Niyazi küçəsi ilə "Azneft meydanı"na doğru hərəkət edib. Lakin dairədə yol-patrul xidmətinə məxsus avtomobilin olduğunu görən sürücü yüksək sürətlə Adil İsgəndərov küçəsinə daxil olub. Sürücü idarəetməni itirib və maşını yol kənarında dayanan "Lada" markalı avtomobilə çırpıb. Bu dəfə sürücü avtomobili hadisə yerində qoyaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşlarından qaçan sürücünü saxlaya biliblər. İlkin məlumata görə, sürücünün adı Hafizdir. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Tarix
2014.12.05 / 10:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla