Yuxarı

Qulu Məhərrəmli yubileyində problemlərdən danışdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qulu Məhərrəmli yubileyində problemlərdən danışdı - Foto

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli jurnalist, istedadlı alim və ictimai xadim, professor Qulu Məhərrəmlinin anadan olmasının 60 illiyi qeyd olunub.

İnstitutun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yubiley toplantısını giriş sözü ilə akademik Tofiq Hacıyev açaraq, professor Qulu Məhərrəmlini müasir Azərbaycan mətbuatının, jurnalistikamızın, televiziya sənətinin və milli jurnalistika elminin görkəmli nümayəndəsi kimi səciyyələndirib. O bildirib ki, müstəqillik illərində yeni jurnalistikanın formalaşmasında, televiziya publisistikasının inkişafında misilsiz xidmətlər göstərmiş Q.Məhərrəmli milli jurnalistika elmi məktəbinin əsaslarının yaradılmasında da böyük rol oynayıb.

İnstitutun Lüğətçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədov Azərbaycan televiziyası və radiosunun tarixinin yazılması, ekran-efirin və bütövlükdə jurnalistikanın elmi-nəzəri problemlərinin öyrənilməsi, müstəqil jurnalistika konsepsiyasının formalaşdırılması sahəsində Q.Məhərrəmlinin məhsuldar fəaliyyətindən danışıb. Sonra Azərbaycan Terminologiya Komitəsinin sədr müavini, professor Sayalı Sadıqova, alimlərdən İlham Cəfərsoy, İlham Tahirov, Vahid Adilov, Şahlar Göytürk və Təranə Şükürova yubilyar haqqında danışıblar.

Sonda Qulu Məhərrəmli bu gün Azərbaycan dilinin işlənməsi ilə bağlı problemlərdən, həmin problemlərin həllində dilçi alimlərin vəzifələrindən və rəhbərlik etdiyi Monitorinq şöbəsinin fəaliyyətindən bəhs edib. Yubilyar göstərdikləri diqqətə və əməyinə verdikləri qiymətə görə dilçi həmkarlarına və institut rəhbərliyinə minnətdarlığını bildirib.

Tarix
2014.12.05 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla