Yuxarı

ABŞ səfiri: azərbaycanlılara heyran olmuşam – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ABŞ-ın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergerlə görüşüb.

Axar.az xəbər verir ki, səfiri yeni təyinatı münasibəti ilə təbrik edən rektor Azərbaycan və ABŞ arasında olan yüksək səviyyəli ikitərəfli münasibətlər haqqında danışıb.

Azərbaycanın çoxmillətli ölkə olduğunu deyən rektor multikulturalizm siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyini vurğulayıb.

ADU-nun rektoru ABŞ səfirinə universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsi haqqında məlumat verib. Ölkəmizdə fəaliyyət göstərən diplomatların “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşünü uğurlu təcrübə kimi dəyərləndirən Kamal Abdulla diplomatı mühazirə deməyə dəvət edib.

Örl Litzenberger səmimi qəbula görə təşəkkürünü bildirib:

“Azərbaycan məndə olduqca xoş təəssürat yaradıb. Azərbaycanlıların qonaqpərvərliyinə heyran olmuşam. Sizinlə – tanınmış elm xadimi və yazıçı ilə şəxsən tanış olmaq fürsətindən şərəf duyuram. Bu görüşümüz Azərbaycan dilini öyrənmək həvəsimi bir qədər də gücləndirdi. Sizə və kollektivinizə minnətdaram ki, Bakı Amerika Mərkəzinə qucaq açmısınız. Bu, mənim və ölkəm üçün çox dəyərlidir”.

Səfir əlavə edib ki, diplomatik fəaliyyətində tələbə mübadiləsini gücləndirməyə, mübadilə proqramlarını inkişaf etdirməyə xüsusi diqqət göstərəcək.

Tarix
2019.04.22 / 15:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla