Yuxarı

Daha bir körpə xəstəxanada öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda körpə ölümü baş verib.

Report-un məlumatına görə, rayonun Muğanlı kənd sakini, 1979-ci il təvəllüdlü Vüsalə Novruz qızı Bəşirova vaxtından əvvəl cərrahiyyə doğuşu diaqnozu ilə Bərdə rayon Doğum Evinə daxil olub. Ancaq həkimlərin səylərinə baxmayaraq, yeni doğulan körpə xəstəxanada ölüb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin müdiri Tünzalə Quliyeva bildirib ki, V.Bəşirova beşinci hamiləliyi ilə tibb ocağına qəbul edilib. Əvvəlcə qadın müayinə edilib və 34-35 həftəlik olan uşağın ürək döyüntülərinin olmadığı, ana bətnində öldüyü müəyyənləşib. Nəticədə əməliyyatla ölü uşaq ana bətnindən götürülüb.

Şöbə müdiri deyib ki, qadın 5 dəfə hamiləlik dövrü yaşasa da, yalnız bir uşağı var:

"Onun digər hamiləlik dövründə də uşaqları ana bətnində ölüb. Eyni zamanda qadın hamilə kimi xəstəxananın doğum məsləhətxanasında qeydiyyatdan keçməyib. Həkim müayinəsi və müalicəsi aparılmayıb".

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.04.22 / 17:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla