Yuxarı

Nazirliyin saytının yenilənmiş versiyasının təqdimatı oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 22-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytının yenilənmiş versiyasının təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev saytın yenilənməsində əsas məqsədin ictimaiyyətlə daha sıx əlaqələr yaratmaq olduğunu deyib: “Saytın yenilənməsi üçün tender elan etdik. Tenderin qalibi “Nova” şirkəti oldu. Saytın müasir dövrlə ayaqlaşması, ictimaiyyətə daha açıq olması, bütün sferaları əhatə etməsi kimi tələblər irəli sürdük. İstəyirik ki, vətəndaşlar öz təklif və şikayətlərini nazirliyə daha asan şəkildə çatdıra bilsinlər”.

Nazirliyin nümayəndəsi Vüqar Kərimov saytın demo versiyasının istifadəyə veriləcəyini deyib. O, tezliklə saytın əsas versiyasının da fəaliyyətə başlayacağını qeyd edib. V.Kərimov saytın daha təkmilləşdirilməsi üçün ictimaiyyət nümayəndələrinin, maraqlı tərəflərin təkliflərinin nəzərə alınacağını da diqqətə çatdırıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru Osman Gündüz saytın yeni versiyasında vətəndaşlar üçün də imkanlar olduğunu və inteqrasiyanın mümkünlüyünü vurğulayıb.

“Nova” şirkətinin nümayəndələri nazirliyin yeni veb-saytın təqdim ediblər. Bildirilib ki, sayt hazırlanarkən 41 ölkənin ekologiya və təbii sərvətlər sahəsində fəaliyyət göstərən 50-yə yaxın səlahiyyətli dövlət qurumunun saytı ətraflı şəkildə tədqiq edilib. Sayta instaqram bloqu, elektron poçt abunəlik sistemi, eko-radar funksiyası əlavə edilib. Vətəndaşlar çəkdiyi foto və videoları nazirliyin saytında yerləşdirə biləcək. Elektron poçtları daxil edərək abunə olmaq və nazirliyin xəbərlərini əldə etmək mümkün olacaq”.

Tarix
2019.04.22 / 18:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla