Yuxarı

“İŞİD” 30 il əvvəl Azərbaycana hücum edib - Çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanda 24 aprel qondarma erməni soyqırım günü ilə bağlı misilsiz hərəkat başlanılıb.

Axar.az xəbər verir ki, bu sözləri Güney azərbaycanlı milli-mədəni fəal, yazıçı Həsən Kərimzadə deyib.

O bildirib ki, ermənilər sənədsiz-sübutsuz iddialar irəli sürərək, dünya ictimaiyyətinə yanlış məlumatlar ötürürlər. Əvəzində isə biz türklər onların vəhşi fəaliyyətlərini yetərincə qabarda bilmirik:

“Erməni qətliamları xalq yaradıcılığında belə əksini tapıb. Təkcə bir neçə bayatıda ermənilərin tarixi cinayətlərinin izlərini açıq-aşkar görə bilirik:

Kərkükün altı xırman
Qətlinə çıxdı fərman.
Yar iki köynək geymiş
Biri dərd, biri dərman.

Əzizim Urmu yandı,

Urmu yaman talandı,
Xaçdinli əlindən
Baş baş üstə qalandı.

Əzizinəm, göynərəm,

Qara qaplan göynərəm.
Təbrizdə yaralandım,
Qarabağda göynərəm.

Əzizim, Mərənd ağlar,

Xoy ağlar, Mərənd ağlar.
Xoyda bir igid ölsə,
Yasında Mərənd ağlar.

Azərbaycan bəlkə də yeganə ölkədir ki, öz torpaqları ilə həmsərhəddir. Dərbənd, Borçalı, İrəvan, Təbriz bizimdir, amma... Tarixi nöqteyi-nəzərdən baxanda ermənilərin Azərbaycan torpağının parçalanmasında həlledici rol oynadığını görmüş olarıq. Hər zaman türklərə qarşı casusluq ediblər. Duz-çörəyimizi yeyərək, arxadan bıçaq saplayıblar. 1813 və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasında belə ermənilərin birbaşa rolu var. Onlar Cavad xana sui-qəsd planlaşdıran ruslara köməklik göstəriblər, beləcə Azərbaycanın digər qapısı Gəncə Dərbənddən sonra fəth edilib. Bu olaydan sonra da Azərbaycanın işğalı prosesi başlayıb.

Tarixi izləyə-izləyə gələndə ermənilərin mənfur izini Səttar Xan hərəkatında da görürük. Daşnaklar burada da terror törədiblər. Daha dərinə getsək, erməni fitnəkarlığını Babəkin ölümündə belə görə bilirik. Səttar Xan, Pişəvəri, Bağır Xan və neçə-neçə başqa böyük şəxsiyyətlərimizə qarşı təxribatlarda erməni xainliyinin izi var. Onlar Cilovluq, Qarabağ, Xocalıda soyqırımlar törədiblər”.

Həsən Kərimzadə qeyd edib ki, “24 aprel” deyəndə qondarma erməni soyqırımı yox, ermənilərin türklərə qarşı həyata keçirdiyi amansız qətliamlar ağıla gəlməlidir:

“Dərbəndi, Borçalını, Urmiyamızı düşünməliyik. Çünki bu torpaqların bizdən alınmasında, bütöv olmamasında əsas fiqur olan millətdən danışırıq. Biz bu olayları bütün dünyanın gözü önündə sərgiləməliyik. Biz türklər hər zaman məzlum olmuşuq. Bizlər tək insan yox, torpaq soyqırımına da məruz qalmışıq. Coğrafiyamız əlimizdən alınıb, işğal edilib, bərbad hala salınıb, hazırda da 20 faizi məhz ermənilərin tapdağı altındadır.

24 aprellə bağlı bizim İrana tək bir müraciətimiz var: Xocalı, Kəlbəcər, Laçında kəsilən, asılan, öldürülən insanları göz önünüzə gətirsin. İŞİD 2-3 ilin İŞİD-i deyil, 30 il öncə ermənilərin, daşnakların timsalında biz İŞİD-i görmüşük. Xocalıda baş kəsilib, bunu şiə ölkəsi İran görmür, amma 100 il bundan öncəki “erməni soyqırımı” tədbirinin keçirilməsinə razılıq verir. Bu, hansı ədalətə sığır?”

Qeyd edək ki, ermənilər hər il olduğu kimi bu il də aprelin 24-də Türkiyənin İrandakı səfirliyinin qarşısında mitinq keçirərək, qondarma soyqırımı gündəmə gətirməyi planlaşdırırlar. Güneyli fəallar isə İran hökumətini mitinqin keçirilməsinə icazə verməməyə çağırır.

Tarix
2019.04.22 / 21:45
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla