Yuxarı

Təhsil nazirinin bir ili: ekspert nələr yazdı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Təhzil naziri Ceyhun Bayramovun nazir təyin edilməsindən bir il ötür. Onun təhsil naziri olması ictimai razılığın nəticəsi idi. Ondan təhsildəki problemlərin həlli gözlənilirdi və böyük ümidlər var idi.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov bu gün nazir təyin edilməsinin ili tamam olan Ceyhun Bayramovun 1 illik fəaliyyətini qiymətləndirərkən deyib.

K.Əsədov qeyd edib ki, C.Bayramovun fəaliyyətinin 1 ilinin tamam olmasına baxmayaraq, hələ də həlli gözlənilən bəzi məsələlər açıq qalıb:

“Diplomların tanınması ilə bağlı olan qanunsuzluq hələ də davam edir, təhsil naziri əlçatan deyil, vətəndaş, müəllim öz problemini deyə bilmir, nazirlik daxil olan şikayət və müraciətlərə baxmır, müəllimlərin və gənc tədqiqatçıların sosial müdafiəsi üçün addım atılmır, məktəblər ictimaiyyətə bağlıdır və baş verən xoşagəlməz hadisələr gizlədilir, həll olmur, ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul qaydaları hələ də məlum deyil. Yəni kollec məzunlarının imtahansız ali məktəblərə qəbulu hələ də açıqdır.

Həmçinin universitetlərdə hazırlıq qrupları ilə bağlı məsələ həll olmayıb, diplomları dövlət nümunəli olmayan müəllimlərin əmək haqqı ilə bağlı və ya onların fəaliyəti ilə bağlı problemlər davam edir, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları ilə bağlı nazirliyin heç bir tədqiqatı və münasibəti yoxdur və nazir bu bir il ərzində birbaşa nə universitetdə, nə də orta məktəblərdə tədris prosesində iştirak edib”.

Ekspertin sözlərinə görə, təhsildə hazırda həyata keçirilən islahatlar da əvvəlki illərdə əsası qoyulanlardır ki, indi də davam edir:

“Nə müəllimlərin işə qəbulu, nə direktorların işə qəbulu, nə elektron qaydada tələbə köçürülməsi, nə birinci sinfə qəbul Ceyhun Bayramovun fəaliyyətinin nəticəsidir. Müəllimlərin imtahan ilə işə qəbulu hələ 2009-cu ildə Misir Mərdanov təhsil naziri olanda başlamışdı.

Ən maraqlısı da odur ki, Ceyhun Bayramov nazir olduğu 1 il ərzində onun rəsmi qəzet və jurnallarda təhsilə aid heç bir məqaləsi dərc edilməyib.

Halbuki bu bir il ərzində ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən təhsil sistemində çox ciddi islahatlar, qərar və sərəncamlar qəbul edilib. Bu müddət ərzində hörmətli nazirin tədbirlərdə çıxışları da demək olar ki, eyniyyət təşkil edib və təkrar olub”.

K.Əsədov bildirib ki, Mikayıl Cabbarov təhsil naziri olanda tənqidlərə açıq idi. İndi isə Təhsil Nazirliyi bütün heyəti və resursları ilə tənqidə qarşı mübarizə aparır:

“Ümid edirəm ki, saydığım və saymadığım ciddi problemlərin növbəti il ərzində aradan qaldırılması istiqamətində addımlar atılacaq”.

Tarix
2019.04.23 / 13:37
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla