Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 May 2019


Prezidentdən AAYDA-ya göstəriş: Çox ciddi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox şadam ki, Mərdəkan qəsəbəsində çox gözəl infrastruktur layihələri icra edilir və yollar salınır, qəsəbənin digər problemləri öz həllini tapır. Bu, bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və çox çalışırıq ki, hər bir yerdə inkişaf olsun, quruculuq, abadlıq işləri aparılsın.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışı zamanı sakinlərlə görüşündə deyib. Prezident bildirib ki, yol inkişaf üçün əsas şərtlərdən biridir:

“Buzovna-Mərdəkan yolu keçən il istifadəyə verilib. Bu yol mövcud deyildi. İndi isə yoldan istifadə olunur, yolboyu binalar tikilir, ictimai yerlər, ictimai obyektlər salınır. Yəni, yol olan yerdə inkişaf da var. Azərbaycanda son illərdə bütün yerlərdə müasir yol infrastrukturu yaradılır, o cümlədən Bakı qəsəbələrində. İndi isə Mərdəkan-Qala yolunun açılışını qeyd edirik. Bu, əslində onu göstərir ki, hər bir sahədə, hər bir bölgədə ən müasir standartlar tətbiq olunur.

Bildiyiniz kimi, son 15 il ərzində ölkəmizdə 15 min kilometr yol çəkilib. Hər bir yerdə, hətta dağ kəndlərində, yol olmayan kəndlərə biz yollar çəkdik. Bu gün bu yollar həm insanlara xidmət göstərir, həm biznes imkanlarını genişləndirir, fermerlər üçün yeni imkanlar yaradır və yollar keyfiyyətli salınır. Çünki Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycanda yolların keyfiyyəti dünya miqyasında 34-cü yerdədir. Biz çalışırıq ki, hər bir sahədə ən yüksək standartları tətbiq edək və insanları narahat edən problemləri aradan götürək.

Yol, infrastruktur, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, su layihələri – bütün bunlar diqqət mərkəzindədir və son illərdə bu istiqamətdə çox ciddi addımlar atılır. Ona görə mən gəlmişəm bu gün sizinlə görüşüm, bu gözəl hadisəni bir yerdə qeyd edim və sizə yeni uğurlar, qələbələr arzulayım.

Qəsəbələrarası və qəsəbədaxili yollar diqqət mərkəzindədir. “Azəravtoyol” agentliyinə göstəriş verilib ki, Bakı qəsəbələrində yol infrastrukturuna çox ciddi fikir verilsin və demək olar ki, indi bu proses geniş vüsət alıb. Əminəm ki, bütün qəsəbələrdə daxili yollar təmir olunacaq, bərpa ediləcək və insanlara rahatlıq verəcək. Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram”.

Tarix
2019.04.23 / 15:06
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Ölkəyə 8 baş bizon gətirildi - Nazirlik

Elkaponinin 100 minlik arzusu “suya düşdü” - Qərar

Bu nazirliyin əməkdaşları barəsində cinayət işi başlanıldı

Prezident göstərişi: qatarlar daha tuneldə qalmayacaq

Nazirdən təlimlərlə bağlı tapşırıq - Video

Axtarışda olan iranlı Bakı Hava Limanında tutuldu

DGK sədri Balakənə gedir - Qəbul

DTX və DMX-dən birgə əməliyyat: 143 əcnəbi tutuldu

Nazir bütün azərbaycanlılardan üzr istədi

Bu kompleksin müdiriyyəti ləğv olundu

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla