Yuxarı

Bakının bu məktəblərində dərs olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar yarışların keçirildiyi küçədə yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə şagirdlərə aprelin 30-na qədər istirahət verilib.

Axar.az xəbər verir ki, bu barədə Report-a məktəbdən məlumat verilib.

Bildirilib ki, yolların bağlanılması ilə əlaqədar olaraq artıq aprelin 22-dən şagirdlərin dərsə gəlməsində məhdudiyyətlər yaranıb: “Aprelin 30-na qədər yolların bağlı olması səbəbindən şagirdlər məktəbə gəlməkdə çətinlik çəkirlər deyə dərslərdə iştirak edə bilməyəcəklər. Amma onların bu müddət ərzində keçmədikləri dərslər mayın əvvəlindən hissə-hissə tədris olunacaq. Müəllimlər isə hər gün işə gəlirlər”.

132-134 nömrəli təhsil kompleksindən isə bildirilib ki, məktəbin binası Yarışların hərəkət sxeminə aid olan küçədə yerləşməsinə baxmayaraq dərslər dayandırılmayıb: “Hətta aprelin 26-sı saat 13:00-dək qədər şagirdlərin dərsə gəlmələri üçün valideynlərə müraciət edilib”.

Yarışların hərəkət sxeminə aid olan küçədə yerləşən 23 nömrəli tam orta məktəbdən telefon zənglərimizə cavab verən olmayıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi 26-28 apreldə keçiriləcək.

Tarix
2019.04.23 / 18:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla