Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2019


"POSCO DAEVO" şirkəti ilə bağlı qərar ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, iclasda “POSCO DAEVO” Korporasiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 may tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin nümayəndəsinin çıxışını, ekspertlərin rəylərini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının Koreya Kommersiya Arbitraj Şurasının 2017-ci il 12 iyun tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsinə dair “POSCO DAEVO” Korporasiyasının vəsatətinin (ərizəsinin) təmin edilməməsi barədə 2018-ci il 16 may tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II və VII hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 476-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Tarix
2019.04.23 / 19:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Hakim olmaq istəyənlərə yüz sual veriləcək

Prezident 3 namizəd irəli sürdü: biri məşhur deputatın xanımıdır

Mehriban Əliyeva "Lujniki" kompleksi ilə tanış oldu - Foto

Prezident: Sumqayıt hadisələrini törədənlər...

“Erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirildi

Sərnişindaşıma xidmətləri ucuzlaşdı

Bu axşam Bakıda internet olmayacaq

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

Bir sürücü Bakının mərkəzində tıxac yaratdı

Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın layihəsi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla