Yuxarı

Səfirlərə aqrar islahatlar barədə məlumat verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Xarici İşlər və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akrreditə olunmuş səfirliklərinin rəhbərləri ilə “Azərbaycan Respublikasında aqrar islahatlar” mövzusunda görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Axar.az-a verilən məlumata görə, kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edərək görüşün keçirilməsində məqsədin Azərbaycanın aqrar sektorunda aparılan islahatlar barədə məlumat verməklə yanaşı, ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə etmək olduğunu bildirib. Nazir kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatının ən sürətli inkişaf edən sahələrindən biri olduğunu deyib: “Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində üç əsas prinsipə əsaslanır. Bunlar fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləridir. Nazirlik təməl prinsiplərinə söykənərək funksional fəaliyyətini müasir tələblərə uyğun təşkil etmək üçün beş strateji istiqaməti əsas götürüb. Bu istiqamətləri aqrar təhlil, aqrar həllər, aqrar bilik və bacarıqlar, aqrar dəstək və aqrar ticarət kimi təsnif edə bilərik. Aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılması və innovativ inkişafı vəzifələrinin icrasını təmin etmək məqsədilə nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Eyni zamanda, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlamışıq. Bu sistem bütün aqrar xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsinə imkan verəcək və fermerlərə əlavə üstünlüklər yaradacaq. Son üç ay ərzində artıq 50 mindən çox fermer yeni sistemdə qeydiyyatdan keçib”.

Görüşdə Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Aqrar İnkişaf mərkəzləri, AMAL və AFAQ layihələri, “Aqrar Tədarük və Təchizat” ASC və Dövlət Aqrar Ticarət Şirkətinin funksiyaları barədə diplomatlara geniş məlumat verilib.

Daha sonra Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev və Dövlət Aqrar Ticarət Şirkətinin rəhbəri Leyla Məmmədova təmsil etdikləri qurumların əsas fəaliyyət istiqamətləri barədə təqdimatlarla çıxış ediblər.

Görüşdə diplomatik korpus nümayəndələrinin aqrar islahatların müxtəlif istiqamətlərinə dair sualları cavablandırılıb.

Tarix
2019.04.23 / 20:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla