Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyul 2019


Dialoq Forumuna hazırlıq müzakirə olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 23-də V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinə daxil olan dövlət qurumları nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

Axar.az xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən iclasda Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hazırlıq işləri və qarşıda duran vəzifələr haqqında danışdı. Bildirdi ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

Qeyd olundu ki, 2-3 may 2019-cu il tarixində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun birgə tərəfdaşlığı ilə keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumu “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr edilib.

Əbülfəs Qarayev vurğuladı ki, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan və fərqli etnik, mədəni, dini mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün qlobal platformaya çevrilib: “Dünya Mədəniyyətlərarası Dialoq Forumunun coğrafiyası çox genişlənib, tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki forumda Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Kolumbiya, Böyük Britaniya, Peruya kimi dövlətlərin təmsilçiləri iştirak edəcək. Ümumilikdə beşinci foruma 35 beynəlxalq təşkilat və 100-dən çox ölkəni təmsil edən nümayəndələr qatılacaq. Hazırda foruma qeydiyyat davam edir. Bir çox ölkələr xarici işlər və mədəniyyət nazirləri, parlament sədrləri səviyyəsində təmsil olunacaq. Forumun mövzusu UNESCO tərəfindən təsdiqlənib və müasir dünya üçün aktuallıq kəsb edir. Forum çərçivəsində panellərin bir çoxu iştirakçı qurumlar tərəfindən təşkil olunacaq. Tədbir BMT-nin televiziyası və rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq”.

Sonra iclas Təşkilat Komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam etdi.

Qeyd edək ki, 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun rolu öyrəniləcək. Bundan başqa, forumda mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında sinerji və tərəfdaşlıq formalaşdırmaq üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək.

Xatırladaq ki, BMT baş katibinin təşkilatın Baş Assambleyasına ünvanladığı mədəniyyətlərarası və dinlərarası dialoq və sülh mədəniyyəti barədə (A/72/488) illik hesabatda (2017-ci il) “Bakı Prosesi” çərçivəsində bu günə qədər əldə olunan uğurlarla yanaşı, mədəniyyətlərarası dialoqun təbliği üçün əsas qlobal platforma kimi Dünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edilib və tədbirin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələri və digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir.

Tarix
2019.04.23 / 21:39
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

“Azərbaycan Dəmir Yolları”ndan bəyanat: Tətil dayandırıldı

Dənizdə batdığı ehtimal edilən şəxslə bağlı yeni məlumat

Rezidenturaya keçirilmiş müsabiqənin - Nəticələri

Bakıdan Nyu Yorka aviareyslərlə bağlı yeni xəbər

Azərbaycanda yeni assosiasiya yaradıldı

Vilayət Eyvazov İsrail nümayəndə heyətilə görüşdü

Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs tutuldu

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

Meşədə narkotik becərən dəstə üzvləri tutuldu - Foto

Səfər Mehdiyev Koreya səfiri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla