Yuxarı

İşdən uzaqlaşdırılan rektor Almaniyaya gedir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşdən uzaqlaşdırılan rektor Almaniyaya gedir

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov işdən çıxarılmasından danışıb.

N. Qəhrəmanov açıqlamasında bildirib ki, vəzifəsindən çıxması ilə bağlı Təhsil Nazirliyinə ərizə ilə müraciət edib: "İşdən çıxmaq istəməm səhhətimdə olan problemlə bağlıdır.

Ərizə ilə müraciət etmişəm. Məndə olan məlumata görə, işdən çıxarılmağım hələ təsdiqlənməyib. Ürəyimdə isə ciddi narahatlıq var. Bir müddət əvvəl ürəyimdən cərrahi əməliyyat olunmuşam, iki "stend" qoyulub. Yaxın günlərdə bu "stend"ləri dəyişdirmək üçün Almaniyaya gedəcəyəm".

N. Qəhrəmanov universitetdə aparılan yoxlamalara da münasibət bildirib:

"Mənim işdən çıxmağımda yoxlamalarla bir bağlılıq yoxdur. Yoxlama bitib, monitorinq də aparılıb. Xırda pozuntular da var ki, bunlar o qədər də ciddi məsələ deyil. Bunlar işdən azad olunmağım üçün əsas ola bilməz. Sadəcə iş ağır olduğu üçün dözməkdə çətinlik yaranır" (aznews.az).

***

Nadir Qəhrəmanov 1945-ci il mayın 24-də Zəngəzur qəzasının Urud kəndində anadan olub. Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib.

1969-1972-ci illərdə BDU-da laborant, 1972-1976-cı illərdə isə "Ümumi fizika" kafedrasında müəllim işləyib. 1977-1986-cı illərdə "Ümumi fizika" kafedrasının dosenti, 1986-cı ildən isə professoru olub.

N.Qəhrəmanov mürəkkəb yarımkeçiricilər üzrə mütəxəssisdir.

31 may 2000-ci ildən Sumqayıt Dövlət Universitetinin rektoru idi.

Tarix
2013.12.09 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan

İlham Əliyev Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla