Yuxarı

DGK Akademiyasında növbəti hazırlıq təlimləri başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşlar üçün növbəti hazırlıq təlimləri başa çatıb.

Bu barədə Axara.z-a DGK-dan məlumat verilib.

Akademiyada təşkil edilən təlimlərin dinləyicilərinin beş həftə ərzində əldə etdikləri bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilib.

Tədbirdə iştirak edən Komitənin sədr müavini İqbal Babayev Prezident İlham Əliyevin dövlət təhlükəsizliyi və vətəndaş məmnunluğunu aidiyyəti orqanların fəaliyyətində prioritet istiqamət kimi qarşıya qoyduğunu vurğulayıb. Komitə sədrinin müavini qeyd edib ki, öz növbəsində DGK vətəndaş məmnunluğunu təmin etmək strategiyasını həyata keçirir.

Akademiyanın rəisi Qulu Novruzov təlimlərin gömrük xidməti əməkdaşları üçün daha səmərəli, məzmunlu və praktiki olması üçün Akademiya tərəfindən bütün müvafiq işlərin görüldüyünü, təlimlərin məzmununun təkmilləşdirildiyini bildirib. Akademiyanın rəisi dinləyicilərin həm texniki nəzarət vasitələri, həm VAİS üzrə, həm də digər sahələrlə bağlı biliklər qazandıqlarını deyib.

Sonra dinləyicilərin nəzəri və praktiki biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib.

Eyni zamanda, texniki nəzarət vasitələrinin xidməti otağında texniki vasitələrdən istifadə etməklə, gömrük nəzarəti formalarının tətbiqi ilə real şəraitə yaxın vəziyyətlərdə müvafiq stimulyasiyalar dinləyicilər tərəfindən nümayiş etdirilib.

Qeyd edək ki, bu günədək Akademiyada xidmətə ilkin hazırlıq təlimlərində 237 gömrük əməkdaşı iştirak edib.

Tarix
2019.04.24 / 17:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla