Yuxarı

Yol Polisi sürücülərə müraciət etdi: Riayət edin...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Yol Polisi (DYP) Formula 1 SOCAR Azərbaycan Qran-prisi ilə bağlı sürücü və piyadalara müraciət edib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, “Formula 1” SOCAR Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb. Yarışların baş tutacağı küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib. Bəzi yollarda hərəkət ikitərəfli təşkil olunub.

Alternativ küçələrdə nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq, sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək üçün Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Bunun nəticəsidir ki, şəhərin mərkəzi küçələrində əksər saatlarda hərəkətin sıxlığı müşahidə edilmir, piyadaların maneəsiz yolu keçməsi yol polisləri tərəfindən təmin olunur.

Sutkanın pik saatlarında isə nəqliyyat vasitələrinin sıxlığının qarşını almaq, piyadaların təhlükəsizliyi təmin etmək üçün küçə və prospektlərdə yol patrul xidməti əməkdaşlarının sayı artırılır. Sürücü və piyadalardan hərəkətdə olan zaman onların təhlükəsizliyini təmin etmək məqsədilə yol patrul xidməti əməkdaşlarının göstəriş və tövsiyələrinə riayət etmələri xahiş olunur.

Tarix
2019.04.24 / 19:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla