Yuxarı

Nazir yeni tikilən hərbi hissələrdə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir yeni tikilən hərbi hissələrdə - Foto

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin xidmət, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə olublar.

Müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə veriləcək 10-a yaxın hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunan qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri üçün müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

General-polkovnik Z.Həsənov yeni inşa edilən artilleriya hərbi hissəsi, hərbi hospitalda və digər obyektlərdə aparılan tikinti işlərinin gedişatını yoxladıqdan sonra, inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

Tarix
2019.04.26 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla