Ana səhifə Toplum |
Siyəzən rayonunda güclü külək baş verib.
ANS press-in məlumatına görə, külək Siyəzən rayonunun Şamil Bəxşiyev küçəsində yerləşən evlərdən birinin dam örtüyünü uçurub.
Dam örtüyü təxminən 150 metr kənarda Heydlər Əliyev prospekti ilə üzü Bakı istiqamətinə doğru hərəkət edən KİA markalı avtomobilin üzərinə düşüb.
Dam örtüyü avtomobillə yanaşı, iki elektrik dirəyinin naqillərini də yararsız hala salıb. Avtomobil yararsız hala düşsə də, içərisində olan 3 sərnişin gözlənilməz hadisədən xəsarətsiz qurtula biliblər.
Hadisə ölümlə nəticələnməsə də, KİA-nın sürücüsü onun həyat faciəsinin bundan sonra yaşanacağını deyib. O, kreditlə götürdüyü avtomobilin borcunu banka ödəyib qurtarmamış maşınsız qaldı.
Hazırda güclü külək nəticəsində Siyəzən rayonunun mərkəzində elektrik enerijisinin verilişi kəsilib.
Tarix
2014.12.07 / 17:00
|
Müəllif
Axar.az
|