Yuxarı

Sakinlər Bakı-Sumqayıt yolunu bağlayır - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sakinlər Bakı-Sumqayıt yolunu bağlayır - Səbəb

Bakı-Sumqayıt yolunda sakinlər etiraz edirlər.

Bu barədə sakinlər ANS-in "Qaynar xətti"nə müraciət ediblər. Müraciətdə bildirilir ki, Ceyranbatan qəsəbəsinin sakinləri tez-tez ölümlə nəticələnən yol qəzalarına etiraz olaraq yolu bağlamaq istəyirlər.

Nurəddin Gəncəli adlı şikayətçi bildirib ki, Ceyranbatan yolunda, Yaşıl dərə və Ceyranbatan bağları adlanan ərazidə ara-sıra piyada vurulmaları olur. Bütün hallarda qəzalar ölümlə nəticələnir.

"Dünən də 21 yaşlı gənci maşın vurub öldürüb. Səbəbi isə həmin ərazidə piyda keçidinin olmamasıdır. Camaat yığılıb, istəyirlər ki, Bakı-Sumqyıt trasını bağlasınlar. Bəlkə bizim dədimizə əlac tapan oldu", - deyə Nurəddin Gəncəli bildirib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə etirazın əsassız olduğunu bildirib. Onun sözlərinə görə, Ceyranbatan qəsəbəsinə gedən ərazidə piyada keçidi var. Lakin qeyd olunan ərazidə yaşayanların yolu qəsəbə içərisindədir.

"Həmin yolda sürət 120 km.dir. Yollarda dəmir arakəsmələr var. Bu səbəbdən də həmin ərazidə piyadalar üçün yol qoyulması təhlükəlidir. Orada yaşayanlar qəsəbənin içərisilə gedib-gəlməlidir. İndi kimsə yolunu tezləşdirmək istəyirsə, bu onların problemidir", - deyə Kamran Əliyev bildirib.

Tarix
2014.12.08 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla