Yuxarı

Günel Gözəlovaya vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Günel Gözəlovaya vəzifə verildi

Tanınmış jurnalist, “Lider” kanalının “Xəbərlər” proqramının aparıcısı Günel Gözəlova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi təyin olunub.

Axar.az xəbər verir ki, bu təyinata qədər Günel Gözəlova Azərpoçt MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

Xatırladaq ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider Xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb.

Günel Gözəlova eyni zamanda 6 il pedaqoji fəaliyyətlə də məşğul olub.

Televiziya və radio sahəsində xidmətlərinə görə 2016-cı ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Tarix
2019.05.14 / 12:11
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla