Yuxarı

“Nar” gənclərin intellektual inkişafına töhfə verməyə davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ən gənc mobil operatoru “Nar”ın dəstəyilə baş tutan “Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümünün ilk finalçılarının adları bəlli olub. Belə ki, kubok uğrunda mübarizədə “Gəncə” və “Nar” komandaları, eyni zamanda daha iki qalib komanda yarışacaq.

Axar.az xəbər verir ki, komanda şəklində yarışda iştirak edə bilməyən şəxslər üçün hər həftəsonu “Nar” öz Feysbuk səhifəsində xüsusi müsabiqə keçirir. “Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən istifadəçilər müxtəlif hədiyyələrlə təltif edilirlər. Aprel ayının intellektlərinin adları isə artıq məlumdur: Əli Məmmədov, İsmayıl Əliyev, Məhbub Osmanov və Rəşad Səttarlıdır.

Qeyd edək ki, “Breyn Rinq” bilik müsabiqəsində respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctimai Televiziyada yayımlanır. İntellektual oyunun qalibi iyun ayında məlum olacaq və qalib komanda “Nar” kubokunun sahibi olacaq.

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilk müsabiqəsi də bunlardan biridir.

Ətraflı məlumatı https://www.facebook.com/Narofficial hesabından və https://nar.az/ saytından əldə etmək mümkündür.

Tarix
2019.05.14 / 14:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla