Yuxarı

Xalq bu adamları yaxşı tanıyır, onlar satqındır - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

O aksiyaları keçirənlər Azərbaycana düşmən mövqeyində dayananların dəyirmanına su tökür və özləri də bu xalqın nümayəndəsi olmaq şərəfindən məhrum olur.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Musa Quliyev mayın 13-də Brüsseldə 3-4 nəfər antimilli ünsürün aksiya həyata keçirmək cəhdi barədə danışarkən deyib.

O bildirib ki, belə addımlar təkcə Azərbaycan hökumətinə qarşı deyil, bütövlükdə Azərbaycan xalqına qarşı atılan xain addımdır:

“Biz belə hadisələri zaman-zaman görürük. Xüsusilə sosial şəbəkələrdə müxtəlif şəxslərin tapşırığı ilə Azərbaycan əleyhinə təbliğatlar aparırlar. O şəxslərin ermənilərdən heç bir fərqi yoxdur. Bu insanların xain hərəkətləri ölkəmizin Avropa Birliyi ilə əlaqələrinə mənfi təsir göstərə bilməz. Sadəcə, bu hadisə bir daha göstərir ki, onlar Azərbaycana düşmən olan qüvvələrin əlində oyuncağa çevrilib, şərəf və ləyaqətlərini itiriblər. Onların bu hərəkətləri düşmən qüvvələrinin sifarişi ilə həyata keçirməsi xalqımıza da məlumdur. Xalq hər şeyi görür və anlayır.

Azərbaycanda son illər gedən sosial, iqtisadi inkişaf və ölkəmizin Avropada qazandığı nüfuz belə ermənipərəst, satılmış insanları qıcıqlandırır. Bu günlər keçirilən Şərq Tərəfdaşlığı sammitində Azərbaycan yeni bir müstəviyə qədəm qoydu. Hesab edirəm ki, bundan sonra ölkəmizin Avropa Birliyinə inteqrasiyası daha da sürətlənəcək və iqtisadi, siyasi əlaqələrimiz artacaq”.

Tarix
2019.05.14 / 15:02
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla