Yuxarı

Radikalizmə qarşı mübarizə: deputat çıxış etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və PH İnternəşnl təşkilatının dəstəyi ilə reallaşan “Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsində millət vəkili Aydın Hüseynovla görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə radikal qruplara qoşulmağın ziyanları, səbəbləri və ölkəmizdə bu istiqamətdə görülən işlər müzakirə olunub.

Tədbirdə çıxış edən CESD-nin sədri Vüqar Bayramov bu görüşdə əsas məqsədin radikalizmə qarşı mübarizə tədbirləri və eləcə də multikulturalizm ənənələri barədə müzakirələr aparmaq olduğunu vurğulayıb.

Millət vəkili Aydın Hüseynov Azərbaycanda və eləcə də Qaradağ rayonunda radikalizmə qarşı aparılan tədbirlər və onların nəticələri barədə fikirlərini bölüşüb.

CESD-nin eksperti Rəşad Həsənov fərqli ölkələrin modellərinə, eləcə də beynəlxalq indekslərə diqqət çəkib. O bildirib ki, radikallaşmağa qarşı mübarizə aparan zaman psixoloji məqamlar da nəzərə alınmalıdır.

Daha sonra digər tədbir iştirakçıları da öz fikirlərini bölüşüblər.

Tarix
2019.05.14 / 17:21
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla