Yuxarı

Nazir müavini Fatimənin valideynlərini qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri 109 nömrəli tam orta məktəbin şagirdi Fatimə Əliyevanın valideynlərini Təhsil Nazirliyində qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyevin də iştirak etdiyi qəbulda valideyn dinlənilib, məktəbdə aparılmış xidməti araşdırma barədə məlumat verilib, onları hazırda narahat edən məsələlərlə bağlı müzakirələr aparılıb və Təhsil İdarəsinə müvafiq göstərişlər verilib.

Xatırladaq ki, aprelin 30-da təxminən saat 20:30 radələrində paytaxtın Nizami rayonundakı 109 nömrəli məktəbin V sinif şagirdinin valideyni məktəb direktoruna övladının evdə valideyninin dərmanını qəbul edərək zəhərləndiyi barədə məlumat verib. 109 nömrəli məktəbin V sinif şagirdinin atası Şamxal Əliyev iddia edib ki, övladı məktəbdə müəllimlərin təzyiqi ilə üzləşdiyinə görə intihara cəhd edib, 6 qutu dərman atıb.

Faktla bağlı cinayət işi başlanıb.

Tarix
2019.05.14 / 19:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla