Yuxarı

Təbiətə 56 min manatlıq ziyan vuruldu - Süleymanov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekoloji cinayətkarlığa, brokonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və Respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində, 2018-ci il və 2019-cu ilin 4 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 197 cinayət işinin araşdırılması aparılıb, əməkdaşlar tərəfindən ekoloji hüquqpozmalar sahəsində 131 inzibati xəta faktı aşkar edilib.

Axar.az xəbər verir ki, bu sözləri Su nəqliyyatında polis idarəsinin Brakonyerliyə qarşı mübarizə və Balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

E.Süleymanov həmçinin bildirib ki, cinayət və inzibati xəta törətdiklərinə görə 202 nəfər məsuliyyətə cəlb olunub, onlardan qanunsuz balıqovlamada istifadə olunan 101 ədəd qayıq, 424 tor, 32 mühərrik və başqa ov vasitələri, 16 ton 919 kq müxtəlif növ balıq, 2 min 662 ədəd krivet və digər su bioresursları götürülüb:

“Cinayət hadisələri nəticəsində təbiətə 56 min manat ziyan vurulub, inzibati xəta faktları törədənlər 11 min manat cərimə ediliblər. 2019-cu ilin 4 ayı ərzində 72 qanunsuz balıqovlama, 2 qanunsuz ov etmə cinayət faktı aşkar edilib, bu sahədə 48 inzibati xəta faktı qeydə alınıb”.

Tarix
2019.05.14 / 21:27
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla