Yuxarı

Baş redaktor Aslan İsmayılovu "meydana” çağırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş redaktor Aslan İsmayılovu "meydana” çağırdı

Aslan İsmayılovu debata dəvət edirəm, onunla cəmiyyətin gözü önündə polemika aparmağı Azərbaycan davası müstəvisində özümə borc hesab edirəm.

Axar.az xəbər verir ki, bu sözləri Aznyus.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlı Feysbukda yazıb.

Baş redaktor bildirib ki, Aslan İsmayılov az qala özünün bütün çıxışlarında “hakimiyyət məni təxribata çəkmək istəyir” sayaq patoloji bəyanatlar verir:

“İqtidara və müxalifətə məsafəsindən asılı olmayaraq, istənilən TV resursda Vəkillər Kollegiyasından xaric edilmiş Aslan İsmayılovla debata çıxmağı Azərbaycan davası müstəvisində özümə borc hesab edirəm.

Hansı onlayn kanal bu polemikanın təşkilatçılığını boynuna götürmək istəyirsə, öz tərəfimdən bəyan edirəm ki, istər ofis çəkilişi, istərsə də internet üzərindən istədikləri zaman təşkil olunacaq debatda iştirak edəcəm. Ayrıca öz tərəfimdən ən yüksək polemika mədəniyyəti sərgiləməyə hazıram. Aslan İsmayılovla əlbəyaxa davaya çıxmayacam, sifətinə su firlatmayacam, təhqiramiz üslub sərgiləməyəcəm. Bunu deməyi ona görə lüzumlu sayıram ki, adam patoloji şəkildə hər çıxışında "məni təxribata çəkmək istəyirlər" deyə hay-küy salır. Təxribata deyil, meydana - polemika meydanına çəkmək istəyirəm! Cəsarəti varsa, buyursun!” – o qeyd edib.

Tarix
2019.05.15 / 15:01
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla