Yuxarı

Şərurlu İsfəndiyar verdiyi vədə xilaf çıxdı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şərurlu İsfəndiyar verdiyi vədə xilaf çıxdı?

Bakıda "Olimpus-az" şirkətinin evsiz qoyduğu payçıları iş adamı İsfəndiyar Axundov himayəsinə götürüb.

Axar.az-a verilən məlumata görə, Şərurlu İsfəndiyar kimi tanınan iş adamı sakinlərin probleminin həllinə vəd verib. Belə ki, "Olimpus-az" "Şərur" MTK-ya birləşdirilib. Ancaq Ş.Axundov mülk sahiblərinə kömək etmir.

Qeyd edək ki, 2007-ci ildə Yasamal rayonu Talıblı küçəsi 4 saylı ünvanda çoxmərtəbəli binalar tikmək üçün iş başlayıb və tikiləcək mənzillər vətəndaşlara satılıb.

Lakin 2008-ci ilin fevralından bu yana binada tikinti işləri 4-cü mərtəbədən sonra dayanıb. Müxtəlif vaxtlarda şirkətin rəhbəri Rauf Qurbanov bunu maliyyə problemləri ilə izah edərək günü-günə, ili-ilə satıb.

Onlar arasında 20-80 min manatadək pul verən payçılar da var. Sakinlər qeyd edirlər ki, aldadıldıqlarını anlayandan sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Beləliklə, Rauf Qurbanov və onun şəriki Vüsal Rəhimov dələduzluqda ittiham olunaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə həbs olunublar.

Rauf Qurbanov 11 il həbs alıb, Vüsal Rəhimov barəsində çıxarılan hökm isə 70-ci maddə tətbiq olunmaqla şərti 4 illik cəza ilə əvəz olunub. Ancaq 2012-ci ildə Rauf Qurbanovun həbsxanada dünyasını dəyişməsi sakinlərin sonuncu ümidinin itməsilə nəticələnib. Elə bu səbəbdən payçıların Yasamal məhkəməsində xeyirlərinə çıxarılan 4 qətnamə də icra oluna bilmir.

Tarix
2014.12.12 / 15:03
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla