Yuxarı

Ombudsman DİN-ə müraciət edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq edilmədən Daxili İşlər Nazirliyinin (DİN) Nərimanov Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti saxlama yerinə həyata keçirilib.

Ombudsman Aparatından Axar.az-a verilən məlumata görə, başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, kameralara baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb, mövcud ehtiyaclar öyrənilib.

Başçəkmə zamanı MSY-də saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması məqsədilə MPQ üzvləri tərəfindən saxlanılan şəxslər fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib, hər birinə Ombudsmanın səlahiyyətləri izah olunmuş və hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində araşdırılaraq təmin edilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmənin yekununda Nərimanov RPİ-nin və MSY-nin əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, müraciətlərin göndərilməsi, sənədləşmə, qeydiyyatla bağlı müəyyən edilmiş bəzi nöqsanların aradan qaldırılması məqsədilə müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı DİN-ə müraciət olunacaq.

Tarix
2019.05.16 / 15:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla