Yuxarı

Qadın polisimiz Avropa çempionu oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburqda pauerliftinq üzrə Avropa çempionatı keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, qitənin 15 ölkəsindən 300-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil edilib. Azərbaycan yığmasının heyətində mübarizə aparan Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanova yarışın favoritləri sırasında olub.

Qadınların yarışında dartma hərəkətində çıxış edən təmsilçimiz ümumilikdə 152,5 kiloqram ağırlığı qaldıraraq qızıl medal qazanıb.

Xatırladaq ki, polis baş leytenantı Ədilə Qurbanova karate və pauerliftinq ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz iki dəfə dünya kubokunun qalibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksələn Ə.Qurbanova pauerliftinq üzrə üç dəfə respublika birincisidir.

Tarix
2019.05.17 / 21:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla