Yuxarı

Bu, Mehriban Əliyevanın sayəsində mümkün oldu - AGF

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gimnastika üzrə beynəlxalq yarışların yüksək səviyyədə təşkili Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən doğru verilən qərarların nəticəsidir.

Bunu Trend-ə AGF-nin baş katibi Nurlana Məmmədzadə deyib.

Bakıda keçirilən 35-ci bədii gimnastika üzrə Avropa çempionatını xatırladaraq, N.Məmmədzadə qeyd edib ki, bu, artıq Azərbaycanın paytaxtında baş tutan dördüncü Avropa çempionatıdır:

"Bədii gimnastika üzrə Avropa çempionatı ilk dəfə Bakıda 2007-ci ildə, sonra 2009-cu ildə və 2014-cü ildə keçirilmişdir. Hazırkı çempionat sayca artıq dördüncüdür və burada 35 ölkədən olan gimnastlar iştirak edir. Müsabiqələrdə fərdi proqramlarda 197 gimnast, qrup tapşırıqlarında isə 20 gənclər üzrə komandalar iştirak edir. Bu çempionatda yarışan bir çox gənclər aprel ayında Bakıda ikinci dəfə keçirilən "AGF Junior Trophy" beynəlxalq turnirində iştirak ediblər. Həmin vaxt gimnastlarımız üç medal qazandı. Əlbəttə ki, onlar bu çempionata çox güclü hazırlaşıblar".

Qeyd edək ki, 16-19 may tarixlərində Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçirilir.

Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Yarışların ilk günü gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlayıb. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Tarix
2019.05.18 / 01:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla