Yuxarı

Bakıda metro qatarı gənci vurdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda  metro qatarı gənci vurdu

Metronun "28 may" stansiyasında gənc oğlanı qatar vurub.

"a24.az" saytının məlumata görə, hadisə dünən axşam saat 18:32-də baş verib.

1997-ci il təvəlldülü Hüseynov İbrahim Zöhrab oğlu "28 may" stansiyasında olarkən baş nahiyəsi Dərnəgül-Həzi Aslanov isiqamətində hərəkət edən qatarın arxa vaqonun güzgüsünə dəyib.

Gənc aldğı xəsarət ağır olduğundan huşunu itirib. Dərhal hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. İ.Hüseynov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, 1997-ci il təvəlldülü Hüseynov İbrahim Zöhrab oğlu "28 may" stansiyasında olarkən Dərnəgül-Həzi Aslanov isiqamətində hərəkət edən 41 saylı qatarın arxa vaqon güzgüsünə dəyib:

"O təhlükəsizlik xəttini keçdiyi üçün hadisə baş verib. İ.Hüseynov əlində olduğu mobil telefonla başını aşağı salıb məşğul olarkən fikri yayınıb və təhlükəsizlik xəttindən irəli çıxıb. Nəticədə də qatarın güzgüsü onun baş nahiyəsini yaralayıb".

Qurum rəsmisi bir daha hadisənin sərnişin ehtiyatsızlığından baş verdiyi bildirib.

N.Paşayev belə hadisələrin təkrarlanmaması üçün sərnişinləri stansiyalarda ehtiyatlı olmağa çağırıb:

"Belə hadisələr dəfələrlə baş verib. Ehtiyatsızlıq ucbatından qatar relsinin üzərinə düşən sərnişinlərdə olur. Son anda Metropoliten işçiləri onların həyatlarını xilas etməli olurlar".

Tarix
2014.12.13 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla