Yuxarı

Fuad Abbasov Moskvada qandallandı? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:47

Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb.

Report xəbər verir ki, jurnalist Rusiyadan deportasiya edilir.

Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib.

Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxmağa başlayıb. Proses mayın 17-də yekunlaşıb.

Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.

***

Rusiyanın tanınmış hüquqşünası Elman Paşayev Musavat.com-a deyib ki, guya Fuad Abbasovun saxlandığı anı əks etdirən foto jurnalistə məxsus deyil:

"Dünən onu məhkəmədə mən təmsil etdim. Fuad Abbasov məhkəməyə çıxmadı. O, heç bir cinayət etməyib və cinayət əməlinə görə də mühakimə olunmur. Ona görə də onun qoluna qandal vurulması qanunla mümkünsüzdür. Foto Fuad Abbasova məxsus deyil. Xəbərdəki fakt kimi təqdim olunan iddialar da yanlışdır".

Vəkil deyir ki, Fuad Abbasovla bağlı şikayətlər və problem var, özü də ciddidir: "Lakin bu şikayətləri azərbaycanlılar etməyib. Fuadla bağlı bütün şikayətləri ermənilər ediblər. Hazırda bu şikayətlər üzrə də məhkəmə gedir".

Vəkil Elman Paşayev deyib ki, yaxın günlərdə Fuad Abbasov canlı yayıma çıxacaq və hər şeyi özü danışacaq.

Tarix
2019.05.18 / 23:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla