Yuxarı

FHN vətəndaşlara xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi dəm qazı təhlükəsilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, dəm qazı təhlükəsi ilə bağlı görülən maarifləndirmə işləri bəhrəsini versə də yenə də təhlükəsizlik qaydalarına biganə yanaşanlar var:

"Təhlükəsizliyimiz üçün bir daha xatırladırıq: Dəm qazının yaranmasının əsas səbəbləri nasaz və standartlara uyğun olmayan qaz cihazları, işlək vəziyyətdə olmayan ventilyasiya sistemi və tüstü bacalarıdır. Odur ki mənzildə istifadə etdiyimiz qaz cihazları dövlət standartları və təhlükəsizlik tələblərinə cavab verməli, mütləq uyğunluq sertifikatı olmalıdır, qaz cihazı istifadə olunan otağın, mətbəxin və ya hamamın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır, qaz cihazından istifadə etdiyimiz qapalı yerdə mütləq şəkildə havaçəkən sistem işləməli, nəfəslik açıq olmalıdır, mütləq hamamda ventilyasiya borusu, qapının aşağı hissəsində dəliklər olmalıdır. Hamamı isti saxlamaq üçün bunları bağlamaq olmaz. Tüstü bacalarını, ən azı, ildə iki dəfə təmizlətməliyik. Bu məqsədlə, mənzil kommunal istismar sahələrinə və ya bacaların təmizlənməsi ilə məşğul olan xüsusi lisenziyalı özəl şirkətlərə müraciət edilməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir. Amma bundan zəhərlənmənin əlamətlərini hiss edə bilərik: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı dərhal təmiz havaya çıxarırıq, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad edirik, təcili tibbi yardım çağırırıq.

Unutmayaq: Qaydalara biganəlik həyatımıza təhlükədir.

Təhlükə zamanı 112-yə zəng edin!".

Tarix
2014.12.13 / 12:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla