Yuxarı

Penitensiardan Babəklə bağlı yayılan xəbərlərə - Reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi sosial şəbəkələrdə 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Babək Həsənova işgəncə verilməsi, yaxud onun cərimə təcridxanasında saxlanılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

O xatırladıb ki, qüvvədə olan qanunvericiliyə əsasən, B.Həsənov barəsində çıxarılan hökm qanuni qüvvəyə mindikdən sonra o, istintaq təcridxanasından 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Xidmət rəsmisi qeyd edib ki, mövcud qanunvericiliyə uyğun olaraq, hər bir məhkum cəzaçəkmə müəssisəsinə daxil olduqda o, 14 günə qədər karantində saxlanılmalıdır: “Bu müddət ərzində həmin məhkuma daxili intizam qaydalarının tələbləri, onun hüquq və vəzifələri izah olunur. Həmçinin onunla ayrılmış psixoloqlar və tərbiyəçilər söhbət edirlər. Babək Həsənov da 3 gündür cəzaçəkmə müəssisəsinə daxil olub və karantində saxlanılır. Yəni B.Həsənov cərimə təcridxanasında deyil. Ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməyib. Məhkumun karantin müddəti başa çatdıqdan sonra qanunvericiliyə uyğun qaydada cəzaçəkmə müəssisəsində müvafiq yerlə təmin olunacaq”.

Tarix
2019.05.18 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla