Yuxarı

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin qərb regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür.

Axar.az xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib. Hazırda “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.

“Texniki departamentə tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa, “Azərişıq” ASC-nin əməkdaşları bu problemi operativ qaydada aradan qaldırmağa tam hazırdır”, - deyə T.Mustafayev vurğulayıb.

Tarix
2019.05.19 / 22:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla