Yuxarı

Rektor “onların üzünə tüpürün” deyib?.. – BSU açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

BSU-nun rektoru, professor Nurlana Əliyeva "harada müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” deməsiylə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. O, heç kəsin ünvanına təhqiramiz, nalayiq ifadə işlətməyib, bu kampaniya sadəcə olaraq, şər və böhtandır.

Bu barədə məlumat Axar.az-a Bakı Slavyan Universitetinin mətbuat xidmətindən verilib. Məlumatda bildirilir ki, dünəndən sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru, professor, YAP Qadinlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı ağlasığmaz ifadə və fikirlər səsləndirilir:

“Səbəb kimi may ayının 16-da rektorun universitetin akt zalında tələbələrlə görüşü zamanı guya müxalifətin ünvanına təhqiramiz ifadələr səsləndirməsi göstərilir.

N.Əliyeva indiyədək heç vaxt Azərbaycan vətəndaşları arasında fərq qoymayıb, sosial mənşəyindən, milli-etnik mənsubiyyətindən, iqtidar və yaxud müxalifət düşərgəsində təmsil olunmasından asılı olmayaraq, bütün insanlarımıza bu torpağın, yurdun bərabərhüquqlu vətəndaşları kimi baxıb. Dörd mindən artıq tələbənin qarşısında tez-tez çıxış edən rektor hər dəfə cəmiyyətdə həmrəylik, birlik, vəhdətin zəruriliyini vurğulayır, müharibə şəraitində yaşayan ölkəmizdə insanlarımızın bir yumruq kimi birləşməsinin vacibliyini önə çəkir. Belə bir halda onun dilindən cəmiyyətin müəyyən bir təbəqəsinin ünvanına nalayiq ifadənin işlədilməsi mümkünsüzdür.

Bütün bunlar ölkəmizdə narazılıq, qarşıdurma yaratmaq istəyənlərin, Azərbaycanda sabitliyi, qarşılıqlı etimad və inamı pozmaq arzusunda olanların çirkin əməlidir.

Sosial şəbəkə istifadəçilərindən bir daha xahiş edərdik ki, yoxlanılmamış, dəqiqləşdirilməmiş informasiyaları ictimaiyyətə çatdırmasınlar, əks təqdirdə bu, hamının başa düşdüyü qərəzə çevrilir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın tələbələrlə görüşü zamanı "harada müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” deməsiylə bağlı məlumat yayılıb.

Tarix
2019.05.20 / 12:51
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla