Yuxarı

ABŞ səfiri Kamal Abdulla ilə görüşdü – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenbergerlə görüşüb.

Axar.az xəbər verir ki, Kamal Abdulla “Səfir saatı”nda tələbələrlə görüşmək təklifini qəbul edib gəldiyi üçün səfirə təşəkkür edib. Rektor Azərbaycanda ABŞ səfirinə daim böyük ehtiram və hörmət olduğunu deyib. Azərbaycanın çoxmillətli ölkə olduğunu deyən universitet rəhbəri multikulturalizm siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyini xüsusi vurğulayıb. Kamal Abdulla Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 5 ildir fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi haqqında danışıb.

Səfir Örl Litzenberger səmimi qəbula görə təşəkkürünü bildirib. O, ikinci dəfə qonaq olduğu ADU-da xoş münasibətlə qarşılandığına görə şad olduğunu deyib. Səfir Azərbaycanın mədəniyyəti, azərbaycanlıların qonaqpərvərliyi, dostluq münasibətləri və ləziz mətbəxinin yüksək təəssürat yaratdığını qeyd edib.

Hökumət nümayəndələri ilə keçirilən görüşlərdən danışan səfir onlarda ikitərəfli əlaqələrin inkişaf etdirilməsində böyük istək müşahidə etdiyini diqqətə çatdırıb.

Tarix
2019.05.20 / 17:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla