Yuxarı

Bakıda satışa çıxarılan 10 milyonluq villa - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şüvəlanda satışa çıxarılan bir hektar ərazidə tikilmiş möhtəşəm villa hamının marağına səbəb olub.

Axar.az xəbər verir ki, kimə məxsus olduğu bilinməyən villa geniş ərazidə tikilib və tam hazır vəziyyətdə satılır. Villa özünəməxsus fərqli üslubda inşa edilib. Olduqca fərqli eksteryerə məxsus villanın həyətində müxtəlif fərqli hovuz, xüsusi tikilmiş şəlalə, böyük futbol meydançası var.

Villa dəniz kənarında yerləşir və düz dəniz sahilinə çıxışı var. Tikili həm həyətdən, həm də daxildən bir neçə mərtəbəlidir. Həyətdə müxtəlif növ ağaclar əkilib və ekzotik bağ yaradılıb. Super təmir edilmiş villanın içində 4 yataq otağı, 2 böyük zal və əlavə olaraq bir neçə konfrans zalı, sauna, ayrıca idman zalı, mini-kinoteatrı, dinlənmə otağı və sair var. Hovuzlardan biri tikilinin ən üst qatında yerləşir ki, bu da villanın özünəməxsusluğudur.

Bütün əşyaları və avadanlıqları ilə birgə satışa çıxarılan villanın qiyməti barədə heç bir məlumat yoxdur. Ancaq əmlak ekspertlərinin fikrincə, tikilinin dəyəri 10 milyon manatlarla ölçülə bilər.

Tarix
2019.05.21 / 10:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla