Yuxarı

Rus səfir: Xəbərləri AzTV-dən izləyirəm - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 21-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Teleradio Akademiyasının qonağı olub.

Akademiyadan Axar.az-a bildiriblər ki, rektor Faiq Hüsiyev səfirə Teleradio Akademiyasının fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Akademiyada dərslərlə yanaşı, müxtəlif qurumların nümayəndərinin, tanınmış şəxslərin mühazirələri də təşkil olunur və belə mühazirələr gələcəyin aparıcıları, müxbirləri və rejissorları üçün faydalıdır.

İyunun 10-da Azərbaycanda səfir kimi çalışmasının 1 ilinin tamam olacağını deyən Mixail Boçarnikov Teleradio Akademiyasına dəvətdən məmnun olduğunu bildirib. Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən diplomat siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin genişləndirildiyini, hər iki dövlətin müxtəlif mötəbər tədbirlərdə bir-birlərinin mövqelərini dəstəklədiklərini xüsusi vurğulayıb. Səfir ölkələrimiz arasında iqtisadi və ticari layihələrin daha çox olmasını, mədəniyyət və incəsənət sahələrində daha geniş əlaqələrin yaranmasını arzuladığını vurğulayıb.

Akademiya dinləyicilərinin suallarını cavablandıran M.Boçarnikov Azərbaycanın bölgənin mühüm dövləti olduğunu bildirərək deyib:

“Azərbaycan gözəl ölkədir. Burada yaşamaq və işləmək olduqca rahat və maraqlıdır. Azərbaycanın tarixini oxuyuram, mədəniyyət və incəsənəti ilə maraqlanıram. Bakıda yaxşı dostlar tapmışam”.

O bildirib ki, humanitar sahədə əlaqələrin çox olması xalqlar arasında qarşılıqlı anlaşmanın daha tez əldə olunmasına gətirib çıxarır: “Bakıda tez-tez teatrlara gedirəm. S.Vurğun adına Rus Dram Teatrının tamaşalarına baxıram. Opera və Balet Teatrının da tamaşalarını izləyirəm. Amma çox istərdim ki, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” tamaşasına baxım. Dövlət Filarmoniyasında klassik musiqini izləyirəm”.

Vaxtaşırı AzTV-yə baxdığını qeyd edən diplomat xəbərlər proqramını əsasən AzTV-dən izlədiyini söyləyib.

Tarix
2019.05.21 / 22:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla