Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 İyun 2019


Zəvvarları Həccə aparmaq üçün AZAL 6 təyyarə ayırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarları bu il də AZAL milli aviaşirkətinin təyyarələri aparacaq. Artıq bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə həmin qurum arasında müqavilə imzalanıb.

Bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq: “Zəvvarlar üçün 6 təyyarə ayrılıb. Gediş üçün gün ərzində planla nəzərdə tutulan 2-3 dəfə, dönüş üçün isə 2 reys olacaq”.

Eyni zamanda, Azərbaycandan Həcc ziyarətinə getmək üçün 900-ə yaxın insan sənədlərini təqdim edib, onların içərisində hələlik təkrar getmək istəyənlər yoxdur.

Hazırda iki məsciddə həccə gedəcək zəvvarlar üçün təlimlər keçirilir.

Xatırladaq ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota qoyulub. Bu il otellərdə fərq olacaq. Səudiyyə Ərəbistandakı iqtisadi durumla əlaqəli qiymət fərqlidir. Qiymətlərdə 75 dollar artım var. Yəni, bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

Tarix
2019.05.22 / 10:51
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Cənubi Qafqazda yeni ilan növü aşkar edildi

Meksikaya gedən azərbaycanlıların sayı 20 faiz artdı

Lisani aclıq aksiyasını dayandırdı - Səbəb

Surət Hüseynov və Fred Asifin sensasion - Videoları

Gəncəliyev 25 il əvvəl - Video

Gürcüstanda işsizlik səviyyəsi yüksəkdir - Zurabişvili

Moskvada Fuad Abbasova görə aksiya - Foto

Səfirimiz Qətərin gömrük rəhbəri ilə görüşdü

Bakının mərkəzində güclü yanğın - Foto

İmtahanların ikinci mərhələsi başa çatdı

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla