Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Sentyabr 2019


“Azercell”in dəstəyi ilə Qubada təlimlər təşkil olunub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə mövzusunun mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alan Azercell Telekom MMC bu istiqamətdə təlimlərin keçirilməsini davam etdirir.

Axar.az xəbər verir ki, ölkəmizin müxtəlif bölgələrində "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" təlimlərini təşkil edən şirkət bu dəfə Quba şəhəri, H.Əliyev adına 1 N-li tam orta təshil məktəbində 6-9-cu sinif şagirdlərini, eləcə də onların müəllim və valideynlərini bir araya gətirib. 13-17 may tarixlərini əhatə edən təlimlərdə iştirakçılara internetdə olan təhlükələr haqqında nəzəri və praktiki məlumatlar, məktəbdənkənar təhdidlərin tanınması, onlarla mübarizə yolları haqqında məsləhətlər verilib. “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən keçirilən və 137 nəfərin iştirakı ilə baş tutan təlimlərdə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı tövsiyələri, uşaqlar üçün yaradılmış resursların siyahılarını, uşaqlara, eləcə də böyüklərə internetdən təhlükəsiz istifadənin əsaslarını təlqin edən materiallar təqdim olunub. Bundan əlavə, təlimlərdə internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları, insanların şəxsi və maliyyə məlumatlarının oğurlanması kimi hallarla mübarizə yollarından bəhs edilib, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti, şagirdlərin üzləşə biləcəyi çətinliklər haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsi mövzusuna həssaslıqla yanaşan “Azercell” “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin də yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib. Bu proqram uşağın sosial şəbəkələrdə paylaşımlarını, dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, həmçinin yerini müəyyənləşdirməyə və onun üçün təhlükəsiz ərazi yaratmağa imkan verir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.05.22 / 10:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuz həyəcan siqnalı ilə qaldırıldı

Sabiq millət vəkili vəfat etdi

Ermənilər cəbhə xəttini atəşə tutdu

Payız depressiyasının səbəbləri

Azərbaycanda Bilik Günüdür

Daha bir rayon polisi bu ailələri sevindirdi - Foto

Nuru Paşaya vicdan borcumuz var - Millət vəkili

Məktəblərin ətrafında piyada keçidləri yenilənir

Hərbçilərimiz Almaniyada təlimdə - Foto

Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq öldü

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla