Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Avqust 2019


Bu məmurlar maşınsız qalacaq – Layihə PA-dadır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin bu il yanvarın 17-də imzaladığı “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmana dövlət strukturlarının avtomobil təminatı sisteminin təkmilləşdirilməsinə yönəlik tədbirlər daxil edilib. Fərmanın 8-ci bəndinə əsasən, Nazirlər Kabineti üç ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını prezidentlə razılaşdırmaqla müəyyən etməli idi. Sənədə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərin xidməti nəqliyyat vasitələri mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq, özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim ediləcək və nəticə barədə prezidentə məlumat veriləcəkdi.

Axar.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Yeni Müsavat” qəzetinin sorğusunu cavablandırıb. Bildirilib ki, bu müddət ərzində Maliyyə Nazirliyi mövcud vəziyyəti əhəmiyyətli şəkildə təhlil edib, zəruri qiymətləndirmə aparıb:

“Nazirlik tərəfindən bu istiqamətdə qanunvericiliklə tələb olunan sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabineti isə öz növbəsində Maliyyə Nazirliyinin təqdim etdiyi sənəd əsasında mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərin (payların) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərlə işçi qaydada müzakirələr apararaq, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması istiqamətində təklifini hazırlayaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edib”.

Tarix
2019.05.22 / 11:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Abşeronda reyd: "Təmiz hava" aylığı - Foto

ETM-dən "Vördpress"lə bağlı - Xəbərdarlıq

İlham Əliyev İƏT-in baş katibi ilə görüşdü - Foto

Bakı polisindən xüsusi əməliyyat: Bibixanım tutuldu - Video

Gömrükçülər qanunsuz telefonlar aşkarladı

"Azərsu"nun su boruları oğurlandı

Xaçmazda 15 kənd qazsız qaldı - Səbəb

Bazar günü hava necə olacaq? - Proqnoz

Abel Məhərrəmovun kürəkəni vəfat etdi

BŞBPİ-nin şəxsi heyəti praktik atışlara cəlb olundu

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla