Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2019


100 təyyarə tüstüsü Londonu boğacaqmış... - Replika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 29-da Bakıda dövlətçilik tariximizdə çox maraqlı bir hadisə baş verəcək.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə Feysbukda canlı yayım zamanı 29 may tarixində UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı danışarkən deyib. O, bu yarışın ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb:

“UEFA-nın Avroliqa yarışmasının final görüşü Bakıda keçiriləcək. Bu, çox möhtəşəm bir hadisədir. Bu final ətrafında geniş müzakirələr də aparılır. Futbol bu gün dünyanın maraq göstərdiyi, siyasətin də qarışdığı bir hadisəyə çevrilib. Bu yarışa çox təəssüf ki, xaricdən professional yanaşma ilə yanaşı, siyasi yanaşmalar da çox artıb. Azərbaycan bu yarışı keçirmək hüququnu heç də asanlıqla əldə etməyib. Sadəcə olaraq sıra növbəsi ilə bu hüquq Azərbaycana verilməyib. Azərbaycandan başqa Avropanın iki şəhəri də bu yarışı keçirmək uğrunda mübarizə aparırdı. Amma Azərbaycanın təklif etdiyi variantlar, hazırlığı daha öndə oldu.

Azərbaycanın çox narahat bir regionun qonşuluğunda yerləşməsinə baxmayaraq, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur. Bu gün hansısa bir xarici turistin təhlükəsizliyinə şəxsən dövlət cavab verir. Kriminal hadisələr bizdə dünya üzrə orta statistik göstəricidən qat-qat aşağıdır. Bütün bunları nəzərə alaraq Azərbaycana bu imkan verildi”.

Millət vəkili Böyük Britaniyanın ölkəmizlə bağlı bəyanatına və yarış ərəfəsində mərkəzi küçələrdə ölkə vətəndaşlarına məhdudiyyətlərin qoyulması məsələsinə də toxunub:

“Çox təəssüf ki, bu futbol yarışı ətrafında qeyri-sağlam hərəkət görürük. İlk növbədə futbolun vətəni sayılan İngiltərədən biz bu yanaşmanı müşahidə edirik. İngiltərə, mən başa düşə bilmirəm, indiyə qədər yüzlərlə futbol çempionatı keçirmisən. Məhz azərbaycanlı hakim Tofiq Bəhramovun hesabına 1966-cı ildə dünya çempionluğunu qazanmısan. Bunu bütün futbol tarixi yazır. Kiçik bir müstəqil ölkəyə qarşı nə səbəbdən belə bir qısqanclıq münsibəti göstərirsən? Gah yazırlar ki, London hava limanından yüzlərlə təyyarə gedəcək və həmin təyyarənin buraxdığı tüstü Londonun ekologiyasını pozacaq. Başa düşə bilmirəm, məgər 100 təyyarə London üçün böyük bir rəqəmdir? Digər tərəfdən, bir neçə il bundan əvvəl Londonda olimpiada keçirildi. Nəyə görə həmin məlumatı yazanlar o dövrdə olimpiadanın əleyhinə çıxmadılar? Azərbaycanın təhlükəli olduğunu bildirirlər. Xahiş edirəm, sadalasınlar ki, hansı ingilis Azərbaycanda təhlükə görüb? Qoy İngiltərənin buradakı səfiri çıxsın desin ki, Azərbaycanda filan təhlükə var. Belə qərəzli yanaşmadan sonra Böyük Britaniyanın buradakı səfiri dedi ki, Azərbaycanda təhlükə yoxdur. Anlaya bilmirəm, Böyük Britaniya hansısa məsələyə münasibət bildirəndə həmin ölkədəki səfirindən rəy soruşur, yoxsa hansısa maliyyə ilə bağlı biznes-idman dairələrinin maraqlarını əsas götürərək Azərbaycanı ləkələməyə çalışır?! Amma bu mümkün olmayacaq. Azərbaycan bu yarışı yüksək səviyyədə keçirəcək və biz bu yarışdan zövq alacağıq.

Şayiə yaydılar ki, guya Bakının mərkəzi küçələri vətədaşlarımız üçün bağlanacaq. Cənablar, siz səhv edirsiniz. Biz müstəqilliyi ona görə qazanmamışıq ki, vətəndaşlarımızı ikinci sort insanlara çevirək. İlk növbədə Azərbaycan vətəndaşıdır və heç bir halda belə bir hərəkətə yol verilə bilməz. Bu, qara piar idi. Təəssüf ki, Azərbaycanda bu piarı yaymaqda maraqlı olan siyasi qruplar, şəxslər, xaricdən maliyyələşən müəyyən saytlar da oldu. Belə bir deyim var ki, birini ləkələmək istəyirsənsə, üstünə çamur at. O çamur təmzilənənə qədər təxminən 10 nəfər də olsa, kənardan onu üstü palçıqlı görəcək.

Bu təbliğatın kökündə Azərbaycana sevgi və ya antisevgi məsələsi durur. Azərbaycana qara yaxmaq istəyənlər də var. Hər bir azərbaycanlı Azərbaycanı sevir. Bizim vəzifəmiz bu müstəqilliyin qorunub saxlanmasına töhfəmizi verməkdir”.

Qeyd edək ki, ötən gün ölkəmizə çoxsaylı əcnəbi azarkeşlərin gəlişi ilə bağlı mayın 25-dən 31-dək Nizami və İstiqlaliyyət küçələri, həmçinin Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinin məhdudlaşdırılacağı haqda hüquq-mühafizə orqanlarına istinadla məlumat yayılmışdı.

Tarix
2019.05.22 / 12:25
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Hicran Hüseynova helikopterlə Ağdama getdi

Bu qəsəbədə su olmayacaq

Prezident “28 May”da: Sakinlərlə görüşdü, tapşırıq verdi - Video

Bakıda evlərdən oğurluq edən qadın saxlanıldı

Eldar Əzizov direktoru işdən çıxardı

Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər

Bu dəfə aşağı sürət qəzaya və davaya səbəb oldu - Video

Abşeronda bir evi 3 dəfə qarət edən dəstə tutuldu

DANX sərnişinlərə müraciət etdi

Bakıda qalmaqal: Əyləncəyə milyonlar xərcləyən rəhbər... - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla