Yuxarı

Bakıda hədə-qorxu ilə pul tələb edən saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini N.Eynullayevə hədə-qorxu gələrək ondan pul tələb edən şəxs saxlanılıb.

Zərərçəkən ifadəsində Sərhad adlı şəxsin ondan 1200 manat isdədiyini verməyəcəyi təqdirdə isə onunla bərabər yaxın qohumlarına da zor tətbiq edəcəyini qeyd edib.

Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs əvvəllər Rusiya Federasiyasında məhkum olunan Ağsu rayon sakini Sərhad Əliyev zərərçəkəndən hədə-qorxu ilə qeyd edilən məbləğdə pulu almaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd bıçaq aşkar edilərək götürülüb. S.Əliyev ifadəsində etdiyi cinayəti etiraf edib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə cinayət işi başlanılıb.

S.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Tarix
2019.05.22 / 15:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla